Heydər Əliyev Beynəlxalq Hava Limanı sosial şəbəkələrdə yayılmış perronda növbə çəkən təcili tibbi yardım maşınlarının olduğu videogörüntülərə aydınlıq gətirib.
Aeroportun mətbuat xidmətinin məlumatına görə, ötən gecə İtaliyadan tranzit gələn 26 nəfər sərnişin “Ukrayna Beynəlxalq Hava Yolları”nın Kiyev-Bakı reysi ilə gətirilib.
“Koronovirusun mümkün yayılmasının qarşısının alınması məqsədilə hökumət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində həmin sərnişinlərin karantina yerləşdirilməsi və həkim nəzarətinə verilməsi qərara alınıb. Videogörüntülərdə yayımlanmış çoxsaylı təcili tibbi yardım maşınları bununla izah olunur”, - deyə məlumatda vurğulanıb.
Bakı Aeroportundan bildirilib ki, 26 sərnişindən 24 nəfəri İtaliyada daimi yaşayan və ya təhsil alan Azərbaycan vətəndaşları, iki nəfəri isə əcnəbi vətəndaşlardır.
Oxşar xəbərlər