Sabah hava yağıntılı olacaq

15-03-2020, 15:00

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər bəzi yerlədə duman, çiskin olacağı, axşam isə yağış yağacağı gözlənilir. 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gün ərzində güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu  gecə 5-7° isti, gündüz  8-11° isti, Bakıda  gecə 5-7° isti, gündüz  9-11° isti olacaq.
Atmosfer  təzyiqi  761 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.
Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, şimal və qərb rayonlarından başlayaraq arabir yağış,  dağlıq rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə  duman gözlənilir. 
Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 5-10° isti, gündüz 12-17° isti, dağlarda gecə 0-5° isti, gündüz  6-11°  isti  olacaq. 


İstifadəçi paneli