Oxşar xəbərlər
Koronavirus təhlükəsi hələ ki, azərbaycanlı zəvvarların Həcc ziyarətinə hər hansı təsir göstərməyib.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.
Bildirilib ki, Həcc ziyarətinə sənəd qəbulu davam edir. Sənəd qəbulu başlanan gündən Azərbaycandan Həcc ziyarətinə getmək üçün müraciət edənlərin sayı artıq 250 nəfəri ötüb.
Qeyd edək ki, ziyarətin qiyməti 4490 dollar olacaq. Ötən il isə bu məbləğ 4285 dollar təşkil edib. Bu, otel xidmətlərində olan qiymət artımı və viza rüsumunun tətbiq edilməsi ilə bağlıdır.
Həcc ziyarətinə sənəd qəbuluna yanvarın 27-də başlanıb.