Moskvada daha 4 nəfər koronavirusdan dünyasını dəyişib

31-03-2020, 00:50

“Moskvada xroniki xəstəlikləri olan və koronavirusa yoluxduqları təsdiqlənmiş daha 4 nəfər ölüb”.
Asmedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə Koronavirusla əlaqədar vəziyyətin monitorinqi və izlənməsi üzrə Əməliyyat Qərargahının rəsmi teleqram kanalında bildirilib.
“Moskvada sətəlcəm diaqnozu qoyulan və koronavirus testlərinin cavabı müsbət olan 4 xəstə ölüb. 76-86 yaş aralığında olan xəstələrdə xroniki, xüsusilə ürək-damar xəstəliyi vardı”, - qərargahın məlumatında qeyd edilib.
Eyni zamanda vurğulanıb ki, dünyasını dəyişmiş 4 xəstədə yoluxucu xəstəliklər - xroniki pielonefrit, bronxial astma, xroniki beyin işemiyası müşahidə edilib. 
Ölənlərdən ikisi şəkərli diabetdən əziyyət çəkirmiş. 
Xatırladaq ki, daha əvvəl Moskvada koronavirusdan ölənlərin sayı 7 nəfər idi. 
 


İstifadəçi paneli