Azərbaycanda II tip şəkərli diabet xəstəliyi uşaq və gənclər arasında geniş yayılıb

15-11-2019, 16:56

"Azərbaycanda II tip şəkərli diabet xəstəliyi uşaq və gənclər arasında çox geniş yayılıb".
Asmedia.az
APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycanda Nutrologiya, Dieotologiya və Piylənmənin Tədqiqatı üzrə Akademiyanın (ANDOP) direktoru Sevinc Zaman Elmi Tədqiqat Kardiologiya Institunda "Ürəyimizi şəkərli diabetdən necə qoruyaq" mövzusunda keçirilən elmi-praktik konfransda deyib. Bunu ciddi problem sayan S.Zaman qeyd edib ki, II tip şəkərli diabet xəstəliyinə əvvəllər daha çox böyüklər arasında rast gəlinirdi: "İndi isə bu, uşaq və gənclər arasında da geniş yayılıb. Bunun əsas risk faktorlarından biri çəkidir. Hazırda dünyada artıq piylənmə bir xəstəlik kimi qəbul olunub. Bu, 21-ci əsrin epidemiyası sayılır. Bu xəstəliyin də fəsadları çox ağırdır. Bu fəsadlar şəkərli diabet, ürək-damar xəstəlikləri və s-dir".


İstifadəçi paneli