Ağgöl Milli Parkının mühafizə rejimini pozan şəxslər cəzalanıb

17-04-2020, 00:27

Ağgöl Milli Parkının Beyləqan rayonu ərazisində gecə saatlarında mühafizə rejimini pozaraq hərəkət edən “QAZ69”markalı 11-BA-771 dövlət nömrə nişanlı və “Vaz21011”markalı 10-LC-148 dövlət nömrə nişanlı minik avtomobilləri Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindənsaxlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən ASMEDİA.AZ-a verilən məlumata görə, avtomobillərin yük yerinə keçirilən baxış zamanı balıq ovu üçün istifadə olunan alətlər və ovlanmış çəki balığı aşkar edilib.

Faktla bağlı Beyləqan rayon sakinləri Fuad Quliyev vəCabbar Cabbarov barəsində akt və protokol tərtib edilib və hər biri 1000 manat məbləğində cərimə olunub.

“QAZ 69” markalı minik avtomobilində olan şəxslər isə avtomobili qoyaraq ərazidən uzaqlaşıblar.

Hazırda digər qanun pozucularının müəyyən edilməsi üçün zəruri tədbirlər görülür.


İstifadəçi paneli