Oxşar xəbərlər
COVİD-19-un ABŞ-da sürətlə yayılmasının əsas səbəblərindən biri sosial şəbəkələrdəki saxta məlumatlardır.
ASMEDİA.AZ xəbər verir ki, bunu "Maykrosoft" şirkətinin təsisçisi Bill Qeyts iddia edib.
Qeyts ABŞ-ın pandemiya ilə mübarizədə sərgilədiyi mövqeyi sərt tənqid edib:
"ABŞ məsələ ilə bağlı gözlənilən liderliyi nümayiş etdirə bilmir və kifayət qədər koordinasiya yaratmır. Ölkədə virusun sürətlə yayılmasının əsas səbəblərindən biri sosial şəbəkələrdəki saxta məlumatlardır. Feysbuk və digər platformalar COVİD-19 haqqında yayılan yalan məlumatlarla mübarizədə çətin vəziyyətdə qalır".