"Azərişıq"ın sədr müavini Cəlilabadda vətəndaşları qəbul edəcək

27-11-2019, 21:05

Sabah saat 10:00-da "Azərişıq" ASC-nin sədrinin müavini Ramil Yusifov Cəlilabadda vətəndaşları qəbul edəcək.

Asmedia.az
xəbər verir ki, ASC-dən "APA-Economics"ə verilən məlumata görə, qurumun Cəlilabad şəhərində yerləşən inzibati binasında keçiriləcək qəbulda Cəlilabad və Biləsuvar rayonlarının sakinləri iştirak edə bilər.

Qəbul zamanı ASC-nin fəaliyyət istiqaməti üzrə şikayət və təkliflər dinlənəcək.


İstifadəçi paneli