Oxşar xəbərlər
Bakının Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsinin Badamdar şossesi ilə Oksford məktəbi arasında yerləşən hissəsində aparılan təmir işləri ilə əlaqədar olaraq, avtonəqliyyat vasitələrinin hərəkəti dekabrın 5-dən 6-na keçən gecədən etibarən qısamüddətlik məhdudlaşdırılacaq.
Bu barədə "Qafqazinfo"ya AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli məlumat verib. Onun sözlərinə görə, məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.
Bu üzdən sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq altentaiv yollardan istifadə etmələri tövsiyyə olunur. AAYDA yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.