Oxşar xəbərlər
“Qafqazinfo” xəbər verir ki, 20 dekabrda Xəzər rayonu, Buzovna qəsəbəsi, Təmənis yaşayış massivində 617 fərdi yaşayış evinə təbii qaz verilib.
Ümumilikdə yaşayış massivində qazlaşma işlərinin aparılması üçün 48850,0 metr uzunluğunda müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, fərdi qaz tənzimləyicisi və məişət tipli qaz sayğacları quraşdırılıb.
Qaz xəttinin açılışı mərasimində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Azəriqaz İB-nin baş direktoru Ruslan Əliyev, Azəriqaz İB və Xəzər RİH Aparatının nümayəndələri və təbii qazla təmin edilmiş sakinlər iştirak ediblər.