Analoqsuz sırtıqlığın sektor nümunəsi
Sifarişlə 13 il 06 ay azadlıqdan məhrum edilmiş və hazırda ƏNPX-in 1 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Hüseynov Zaur Zahir oğlunun 2012-ci ildə xərçəng xəstəliyindən dünyasını dəyişmiş atası Hüseynov Zahir Hüseyn oğlu 11.01.2020-ci il tarixdə Prezident İlham Əliyevə oğlunun əfv olunması üçün müraciət ünvanlayır. Bu barədə məlumatı Zaur Hüseynovun ünvanına Prezident Administrasiyasının əfv sektorunun müdiri Kəmalə İsmayılovanın göndərdiyi məktubda məlum olub. Tragikomik olayla bağlı Hüseynovlar ailəsi Prezidentə atalarının axirətdən yazdığı müraciətin mətni ilə tanış olmağı xahiş ediblər.
Absurdlar ölkəsinin vətəndaşı olaraq, birmənalı iddia etmək olur ki, Azərbaycan Respublikasında əfv ya Avropanın, ya da rüşvətin arzusu ilə reallaşa bilər.
Lakin dünyasını dəyişmiş insanın 8 ildən sonra Prezidentə müraciət ünvanlaması məmurların vətəndaşlara sərgilədikləri analoqsuz sırtıqlığın nümunəsidir.
Aydan Rəhimqızı