Tarixin Şəxsiyyəti,Şəxsiyyətin Tarixi

5-04-2020, 00:51

Telman Quliyev: "Tarixə baxın hazırda Qacaq Nəbinin nəvələrinin taleyini namusu əldən getmiş İbiş Məmmədəlioğlunun nəvələri həll edir."

Tiran sifariş verir,Mərdlər dar qəfəsdədir
Səbirli a-həstə Millət,torpaqlar can üstədir
Torpaq,sərhəd istəyən mühacir ya həbsdədir
Taleyi yaşayanlar öz Vətənin tərk edir
Üstü bəzək,ici təzək,arxada qalmış gələcək?
Vətənsizsən dünəndə sən,nə edim ki,bu gündəsən?
İtirə-itirə "böyüyürsən" Ana Vətən Azərbaycan nə gündəsən?

Nazim İdeal (Quliyev) 01.11.1969-cu il tarixdə Zəngəzur mahalının Çiyələkli obasında ziyalı ailədə dünyaya gəlib.

1976-cı ildə Çiyələkli tam orta məktəbinin 1 sinifinə daxil olub və 5 sinifdən sonra təhsilini paytaxtda yerləşən 5 №-li Kimya -Biologiya təmayülündə davam etdirib.

1986-cı ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasına rüşvət ödəmədən əla qiymətlərlə daxil olub.

1988-1989-cu  illərdə Almaniya Demokratik Respublikasında (ADR) Artilleriya briqadasında komandir "starşina Batareya" və 100 nəfərlik Millətin başcısı secilib.Ehtiyatda olan zabitdir.

Milli Azadlıq hərakatının ən gənc liderlərindən birincisi olub və ümumrespublika tələbə forumunda təşkilat komitəsinin sədri seçilib.Ümummilli
Lider Əbülfəz Elçibəyin dəfələrlə ifadə etdiyi: "-hörmətə və rəğbətə layiq çəsur inqilabçıdır".


1989-1993-cü illərdə Azərbaycan Respublikasının suverenliyi  və ərazi bütövlüyünün qorunması,dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində Laçın,Zəngilan,Qubadlı ərazilərində düşmənə vurduğu sarsıdıcı və məhv etdiyi canlı-cansız arsenallarının aqibəti bu günə kimi döyüş yoldaşları 
danışmaqdadır.Düşmən nəyin bahasına olursa-olsun,Nazim İdealın məhv edilməsini hədəfləyir və pul buraxır.Komandan bu barədə duysada uğrunda qanını tökdüyü Vətənindən bir an belə ayrılmır.Döyüşlərdə dəfələrlə ağır yaralansada təkrar dönmüş mayak missiyasını davam etdirmişdi.31 avqust 1993-cü ildə Qubadlıya dörd tərəfdən Kafan-Gorus-Füzuli-Cəbrayıl istiqamətlərindən  erməni hücumları Nazim İdeal kimi qeyrətli oğullarımızın sayəsində Xocalının aqibətini yaşamadı.Girov düşən,Şəhid olanlar yalnız kişilər oldu.

1993-cü ildə Prezident Elçibəyin təqdimatı üzrə Kənd Təsərrüfatı Nazirliyində İdarə rəisi vəzifəsində çalışıb. "Müxalifətçilər" postlarını dondurub qaçanda Nazim İdeal: " Dövlətimizə xidmət edirəm " zehniyyətilə YAP hökumətilə hüquqi müstəvidə mübarizə apararaq öz postunda ondan rüşvət tələb olunanadək işləmişdir. 1995-ci ilin avqustunda "Azadlıq" qəzetində "Siyasi əqidəsinə görə vəzifəsindən uzaqlaşdırma" müsahibəsi YAP rejiminə şok terapiya yaşatmışdır. 

1994-1998-ci ildə ikinci Ali təhsilini - Ali Diplomatiya Universitetinin Beynəlxalq hüquq, gömrük hüququ fakultəsinin hüquqşünaslıq ixtisasını fərqlənmə diplomu ilə bitirib.

01.11.1998-ci ildə "İdeal" ictimai-siyasi hüquq qəzetini təsis edib və baş redaktoru olaraq qısa bir zaman kəsiyində Müstəqil Media quruluşu olaraq Azərbaycan mediasında tiraj və nüfuz etibarilə liderlik etməklə yanaşı hakimiyyətdəki konsentrik- korrupsioner-quldur-reket dairələri və onlara satellit xidmətçilik edən adı "müstəqil və ya müxalifət" media quruluşlarının içərisinə birə salıb.

2000-ci ilin fevralında Azərbaycan tarixində ilk dəfə olaraq müstəqil "İdeal" Press Klubu yaradıb və klub bütün zümrədən olan vətəndaşlara təmənnasız xidmət etməsindən qəzəblənən siyasi rejim danışıq masasında diktəsi bumeranq effekti verdiyində, İdeal Nazimə qarşı repressiyalara start verir.

İstər "İdeal" qəzet, istərsə də "İdeal" Press Klub birmənalı olaraq xalqın ictimai vəkili statusunda xalqa təmənnasız xidmət göstərməsi repressiv sifətlərini və mahiyyətini nümayiş etdirməyə rəvac verir. 

Faşizmin-gestopizmin-anarxizmin-amoralizmin təntənəsi üzrə 17 aprel 2002-ci ildə heç bir əsas, sübut, şikayət olmadan nə qeydiyyatı, nə qondarma düzülüb qoşulacaq epizodun aidiyyatı olmadığı Nəsimi 19-cu polis bölməsinin abdullayev müasir adlı rəisinin lakey icraçılığı ilə Nazim İdeal saxlanılır və üç gün ərzində onun təsisçisi olduğu İdeal, Gündəm, Teleskop qəzetlərdə tənqid olumuş şəxslərdən şikayətçi kolleksiyası düz-qoş edə bilmədikdə, " Azərbaycan" mehmanxanasında can alverilə peşəkar məşğul olan sutenerin arsenalındakı Ella Xaçaturyan, Zara Beruzovna, Şayla Yusifovnanı dövriyyəyə buraxırlar.
Siyasi rejimin hüquqi presedent hesab etdiyi pereambulasına görə, can alveri ilə məşğul olan qədim peşə sahibləri barəsində Nazim İdealın təsisçisi oldğu "Teleskop" qəzetində tənqidi yazı gedib?! və həmin yazıların durdurulması üçün bədənlərini satan amorallardan pul tələb edilib???! və s. 
Keçirilən məzhəkə şousunda növbəti ifşa mərhələsi yaşayan məhkəmə hüquq sisteminə E. Xaçaturyanın, Z. Beruzovanın, Ş. Yusifovnanın verdikləri hüquqi töhvə aşağıdakı kimi tarixin yaddaşında qalmışdır.
Haykimi S.Hacıyev: Siz Nazim Quliyevi neçənci dəfədir görürsünüz?
Ella Xaçaturyan rus dilində cavab verir: İkinci dəfədir. Birinci dəfə 19-cu polis bölməsində, ikinci dəfədir ki, burada.
Haykimi S. Haciyev: Birə dəfə də sizdən Mərkəzi poçtun qarşısında pul tələb edəndə...
Ella Xaçaturyan gülür: orasını bilmirəm.
Nazim İdeal: "Teleskop" qəzetin tanıyırsınız?
Ella Xaçaturyan: Xeyir. 
Nazim İdeal: Bəs pulu hansı qəzetdə təhqir olunduğunuza görə vermisiniz?
Ella Xaçaturyan: Qəzet nədir ki? Birincisi mən qəzet oxuyan deyiləm, ikincisi də ümumuyyətlə latın dilində hərf tanımıram.
Nazim İdeal: Xəbəriniz yoxdur ki, baş prokurorun müavini Rüstəm Usubovun təsdiqlədiyi iftiranamədə iddia olunur ki, təsisçi olduğum "Teleskop" və "İdeal" qəzetdə sizin fahişəliyiniz barədə yazı gedib və bu səbəbdən də təhqirlərə son verilsin deyə, Məmimlə mərkəzi poçtun qarşısında görüşüb 1000 manat vermisiz?
Ella Xaçaturyan: Çox gülməlidi. Özüdə ki, mən fahişə deyiləm, qəhbəyəm.
  Məhkəmə zalında ara qarışır, məshəb itir zaldakılar siyasi rejimi, sifaiş qulları  S.Hacıyevi, prokuror Nazir Bayramovu Ella Xaçaturyanını gündəlik qəbul etdiyi menyularla doyuyurlar.
Nazim İdeal zaldakiları sakitləşdirir, ardınca ifadə edir: - Biz canlı şahidlərik və bir qayda olaraq Allahın verdiyi ömrü deyil, harınlaşmış sutener hakimiyyətin kriminal qanun və insan alverçilərinin,müəyyən etdiyi qəzavü-qədəri yaşayırıq. Hüququn qanını içən "vampir"lər gün işığında gəzə bilir. Ancaq bu vampirlərin mənəviyyatına qan getmir. Allah rəhmət eləməsin. Çünki belə ölüyə rəhmət düşmür. Biz bu "ölü"nü qiyamətdən qabaq dirildəcəyik!
Bütün sitat və parametrlərlə sifarişin arxasında duranların və sifarişi icra edənlərin özlərindən və ailə üzvlərindən (çünki ailələrinin çörəyi ellalardan, şərdən, böhtandan çıxır) vicdanlı və "namuslu"olan Ella Xaçaturyan, Zara Beruzova, Şayla Yusifovadan haykim S.Hacıyev soruşur: Tələbiniz  nədir, buyurun eşidirik?
Hər üç bədən alverçisi aqressiv şəkildə:Boş-boşuna bizi çağırmısınız bura, indi nə qədər müştərimiz gəlib-qayıdıb. İftira krujevasını özünüz ssenariləşdirmisiniz, özünüz də sona çatdırın. Tələbimiz budur ki, bizi bir daha oz iyrənc oyunlarınıza bulaşdırmayasınız.

Ellalar arxasına arxa olan satıcı haykim S.Hacıyev Nazim İdealı 7 il azadlıqdan girov götürülməsi barədə sifarişi satellit olaraq Azərbaycan Respublikası adından hökm etdi.

20 gün müddətində al-verçi haykim S.Hacıyevin qondarma hökmü Bakı Apellyasiya Məhkəməsinin hakimi Ələkbər Quliyev tərəfindən ləğv edilərək, barəsində bəraət qərarı qəbul edilir.

Ədalətli qərardan cilov gəmirən erməni yanlı boz şakal Apellyasiya Məhkəməsinin sədri Gülzar xanım Rzayevanı Prezident Aparatına çağırıb təhdid edir və ədaləti ədalətsizlikə əvəz etməsindən ötrü vaxt verir.
5 aydan sonra Baş prokurorun müavini, hazırda Prezident Administrasiyasında şöbə rəisi vəzifəsini tutmuç Eldar Nuriyev Apellyasiya Məhkəməsinin qərarından verdiyi protest universal ssenariyə uyğun vassal şəkildə Ali Məhkəmə tərəfindən icra edilir və yenidən baxılması üçün Südabə Həsənovanın simsarı Həsənov Allahverənin icraatına verilir.

Hakim kriteriyasına yalnız muti sifariş icraçılığına yarayan Allahverən Həsənov tiranverən yaramaz-ədalətsiz sifarişi icra etməməsi möcüzə sayılardı. Tiranverən sifarişə uyğun olaraq Nazim İdealın 4 il 6 ay 11 gün girovluq müddəti uzadılır.

AR-nın Prezidenti İlham Əliyevin 4 dəfə " ədalətli məhkəmə araşdırması" göstərişini peysərə atan qanun qatillərinin ("keşikçiləri") başçıları eyni zamanda aldatmışlar ki, Nazim İdeal Azadlıqdadır.

Prezidenti aldatma karuselində iştirakçılardan olan Baş prokuror Qaralov zakir,prokurorluğun 5 ədəd Mersedesini Nazim İdealın atası El Ağsaqqalı Telman Quliyevin yaşadığı ünvana göndərib görüşmək istədiklərini bildirmişdir.
Telman Quliyev baş prokurorluqda Qaralov zakirlə görüşə razılıq verir.
   Görüş zamanı Qaralov Zakir Telman Quliyevə bildirir ki,-"Oğlunun tez azadlığa çıxmasını istəyirsənsə "əfv" ərizəsi yaz!?"
Telman Quliyev:Oğlum hansı cinayəti törədib və ya ona kim nəyisə sübut edib ki,"əfv" ərizəsi yazım? 3 nəfər bədənlərini gündəlik satışa çıxaran erməni harsınlarından istifadə edib,şərləmisiniz!
Qaralov Zakir:Oğlun cinayət törədib,Vəzifəli şəxsləri öz qəzetində tənqid-təhqir edir.Bu ölkənin dərdi ona qalıb?
Telman Quliyev:Azərbaycanın baş prokuroru yox,baş icnayətkarı sənsən.KİV-də hansısa vəzifəli şəxsi tənqid və ya təhqir edənə ARCM-nin 182-ci maddəsi yapışdırılmır.Bunun  üçün 148-ci maddə var.Erməni qeneralları bizim torpaqlarımızı işğal edib,Bizim generallarda öz ləyaqətli vətəndaşlarının cibinə narkotika,silah,reket və.s atırlar.Budurmu,sizin dövlətcilik məfkurəniz?Mənim oğlum Vətənini,Millətini,Ailəsini,Dövlətini sevən,uğrunda şəhid olmağa hazır olan tək kişilərdəndir.
Qaralov Zakir:Heyif ki,bu iş Prezidentin nəzarətindədir,yoxsa sənidə həbs edərdik.
Telman Quliyev:İnaniram.İndi görün Azərbaycan nə gündədir də...Qacaq Nəbinin,Həcərin nəvələrinin taleyini namusu əldən getmiş ibiş Məmmədəlioğlunun nəvələri həll edirlər.

İdeal Nazim təkcə fəxr etdiyi övlad kimi deyil,siyasi kimliyinə,xarakterinə mükəmməl bələd olan ləyaqət simvolu,humanizim fədaisi Telman Quliyev 5-ci dəfə Prezident İlham Əliyevlə görüşür və ona xəyanət edildiyini,nüfuzunun komandası tərəfindən aşağılandığını bildirir və aralarında 
qısa dialoq yaranır.
Prezident İlham Əliyev:Nazim Quliyev yaxşıdırmı?
Telman Quliyev:Bilmirəm ki,o,heç vaxt pis olduğunu demir.
İlham Əliyev:Həbsxanadan sonra səhhətilə məşğul olsun.
Telman Quliyev:İnşAllah azadlığa çıxanda sonra hər şey olacaq.
İlham Əliyev:Anlamadım Nazim evdə deyil ki?
Telman Quliyev:Yox.
Prezident İlham Əliyev (əsəbləşir):Ailəsinə başcılıq edə bilməyənlər dövlət adından sifarişlə adam tuturlar.Sabah naharda Nazim sizinlə bir yerdə olacaq, söz verirəm.
Prezident dediyi kimi oldu. 
Nazim İdeal azadlığa çıxdıqdan sonra,bütün bunlar barədə xəbərdar oldu.

01.12.2005-ci ildə gündəlik nəşrə başlayan İdeal ilk sayında çörəyi şərdən-böhtandan-korrupsiyadan-rüşvətdən-dövlət əmlakını talamaqdan, din pərdəsi altında dinsizliklə məşğul olanların, namusu ilə al-ver edən dövləti resurslu məə-mırr-ların, onların haramlarının artığı hesabına sürünən onurğasız subyektlərin tərzini deformasiyaya uğradır.

25.12.2006-cı ildə yəni 25 gündən sonra 17 nəfər ("y/müsavat"ın baş redaktoru Abdullayev Rauf, "son söz" qəzetinin baş redaktoru Nətavan Mehdiyeva, "son söz" qəzetinin redaktoru Ağgül Məmmədova, ABU-nun rektoru Elşad Abdullayev, "Loğman" tibb texnikumunun direktoru Rəmziyyə Abdullayeva, deputat Qüdrət Həsənquliyev (sonradan dəstədən ayrıldı) və s.) xüsusi ittiham qaydasında İdeal Nazimi və baş redaktoru olduğu "İdeal" qəzetini məhkəməyə verirlər.

16.05 2006-ci ildə Xətai rayon məhkəməsi İdeal Nazimə bəraət verir. Nəticəni həzm edə bilməyən iri buynuzlu prototip daha iyrənc üsuldan istifadə edərək, yenidən başın amoralların arxasına pərçimləmişdir. "Son söz" qəzetinin baş redaktoru Nətavan Mehdiyeva,10 nəfər uniformalı arvadlar Binəqədi rayon məhkəməsinin qarşısında, hakim xanım Mədinə Bağırovanın sədrlik etdiyi məhkəmə binasının qarşısına toplaşırlar. İclas katibi məhkəmə prosesinin başlandığını elan edir və tərəfləri prosesə dəvət edir. Qismətdən həmin vaxt hakim Mədinə xanım Bağırova və digər Ədliyyə əməkdaşları məhkəmənin inzibati binasının həyətinə baxırmişlar. Öndə "son söz" qəzetinin baş redaktoru Nətavan Mehdiyeva, arxasınca sağ-sol cinahlarında uniformalı 10 arvad və onlardan 5-7 metr arxada İdeal Nazim və 5 nəfər iş yoldaşları məhkəmənin giriş qapısına yaxınlaşanda Nətavan Mehdiyeva ətəyini açıb tullayır və yerə qan ifraz etmiş, ərazidəki 50-dən artıq vətəndaş mütəəssir olaraq bu "gözəlliyi" yaxından izləmək imkanı yaranmışdı. İDEAL NAZİM və əməkdaşlar məhkəmə zalına daxil olurlar. Hakim Mədinə Xanım Bağırova: - İnanın ki, bu mənzərəni öz gözlərimlə görməsəydim Nazim Quliyevi Mən də qınayacaqdım. Lakin, bundan sonra İdeal Nazimə qarşı qurulan heç bir ssenariyə inanmayacağam...

Proses qurtardı. Binanı tərk edərkən Binəqədi Polis İdarəsinin rəisi Nazim Nağıyev, prokuror İdeal Nazimə yaxınlaşıb Nətavan Mehdiyeva barəsində iyrənc kayotanı nağıl edərkən: " Nətavan Mehdiyevanı təpiklə vurmusunuz, 3 aylıq körpəsini itirib. Ekspertiza faktı təsdiqləyib, şahidlərdə. Ona görə ifadə verməlisiniz!

İdeal Nazim: Nə ekspertiza, nə də ki, şahidlər Mənim hadisəni törətməyimi təsdiq edə bilməz. Burda 50-dən çox vətəndaş olub, onların heç də hamısı mənliyini pula, şərə-böhtana təslim edən ola bilməz. Yaxşısı budur ki, bu insanlara müraciət olunsun. Hadisənin şahidi olan insanlar polis və prokuroluğun rəhbərlərini "siz ermənisiniz"?! -deyə uca səslə təhqir edirlər.Mehdiyeva Nətavanın ssenariləri,travmalar uğursuz alındı. Şər öz əksini tapmadığından xitam verildi. 2005-ci ilin 31 dekabrında Qaralov Zakir, tələbə yoldaşı Elşad Adbullayevdən (ABU-nun rektoru), "Loğman" tibb texnikumunun direktoru Rəmziyyə Abdullayevadan, "Son söz" qəzetinin baş redaktoru Nətavan Mehdiyevadan, y/müsavatın baş redaktoru abbasov raufdan,ata abdullayevdən ibarət "şikayətçi-kolleksiyası" düz-qoş edir və İdeal Nazim barəsində cinayət işi başlandığını mavi efirdən elan edirlər.

Prezident İlham Əliyevin şəxsi müdaxiləsindən sonra,Bakı şəhər prokurorluğunda 76654 saylı cinayət işi üzrə müstəntiq rauf kərimov, ismayıl mustafayevin icraatında olan qondarma şər işi 16.08.2006-cı ildə xitam verilir.

2007-ci ildə "İdeal" qəzetində "it yiyəsini tanıyır" başlığı altında Baş Dövlət yol polisi idarəsinin rəisi general Ramiz Zeynalov və ümumfəaliyyəti barədə faktlarla yazdığı yazı üzrə general Ramiz Zeynalov başda olmaqla 24 nəfər polkovnik xüsusi ittiham qaydasında Nəsimi Məhkəməsinə şikayət edirlər. Prosesə sədrlik edən ikram şirinov aldığı zəhmət haqqı üzrə Nazim İdeal barəsində 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin etməklə sübut etməyə çalışıb ki: "Heç deməyəsən BDYPİ-də gözəgəlimli dövlət qeydiyyat nişanları, sürücülük vəsiqələri rüşvətsiz həll edilirmiş, rüşvətxor məmurların, ailə üzvlərinin və manıs sürüsünün idarə etdiyi avtomobillərindəki dövlət nömrə nişanları şansın nömrəsidir!!!?
51gün İdeal Nazim Ədliyyə nazirliyi Penitensiar xidmətin 1 saylı istintaq təcridxanasında qaldıqdan sonra, Apellyasiya Məhkəməsi bəraətverici əsaslarla fakta xitam vermişdir. 

2008-ci ilin senytabr ayından Azərbaycan hökuməti arsenalındakı Yolçu qızı Tənzilə, Hümbət qızı Səbirə, Əşrəf qızı Elmira, İdris qızı Havanisə, Arif qızı Nətavan, Cahangir qızı Adilə, Hacıbala qızı Gülnar, Teymur qızı Göyçəklərdən ibarət güclü ordusunu - Qarabağ Qazisi, Şəhid və Qazi ailələrinin rəsmi qəyyumçusu, İdeal Media qrupun baş redaktoru İdeal Nazimi şərləmək və azadlıqdan girov götürməkdən ötrü istifadə etdiyi barədə hər kəs məlumatlıdır. 

20 may 2009-cu il tarixdə Nəsimi rayon məhkəməsinin hökmü ilə İdeal Nazim ARCM-nin 148-ci (ifadə və söz azadlığı) maddəsilə 6 ay müddətinə azadlıqdan girov götürülür. Girov müddətinin bitməsinə 2 ay qalmış sifarişin icrasına məsul edilmiş Baş prokuror yanında korrupsiya idarəsi azadlıqdakı pencəyinin cibindən reket, xuliqanlıq, narkotika emal etdilər. İdeal Nazimin şərlənməsindən ötrü istifadə olunmuşlar notarial ərizəsində etiraf etmişlər ki: " Baş prokurorluğun hədə-təhdidlərinə görə Nazim İdealı şərləmişik".
Xüsusilə qeyd edim ki, İdeal Nazim ömür boyu siqaret çəkməyib, alkoqollu içki qəbul etməyib. 2006-2007-ci illərdə müqəddəs Həcc ziyarətində olub. Hacı Əkbərdir. Allah-Təalanın vacib buyurduğu bütün saleh əməlləri Müsəlman olaraq qüsursuz icra edir.

İdeal Nazim nümunəsi İslama etiqad edən, müqəddəs yerlərdə imanını kamilləşdirən adamların cibinə, evinə, maşınına narkotika atmaq təkcə bu şəxslərə haqsızlıq olmayıb, eyni zamanda inanc mənbəyi kimi İslam dininə təhqirdir.

P.S. İdeal Nazimin tərcümeyi-halını yazmaq ürək və cəsarət istər. Çünki onun hər günü on tomluq həyat hekayəsidir. Mömin olaraq Hacı haqqında nə isə edə bildimsə halalı olsun! AMİN!

Hacı Saleh.


İstifadəçi paneli