Nazirlər Kabineti koronavirusla mübarizə şəraitində əlilliyi olan şəxslərin əlillik müddətini uzadıb.

8-04-2020, 02:43

Nazirlər Kabineti yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə şəraitində əlilliyi olan şəxslərin əlillik müddətinin uzadılması barədə qərar qəbul edib. 
ASMEDİA.AZ xəbər verir ki, qərara əsasən, 2020-ci il martın 1-dən etibarən əlillik müddəti başa çatan əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların əlillik müddəti Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1- dək uzadılıb.
 


İstifadəçi paneli