Oxşar xəbərlər
Almaniyanın cənub-qərbində qocalar evində baş verən yanğın nəticəsində 1 nəfər ölüb, 21 nəfər yaralanıb. Trend-in məlumatına görə, yanğın şənbə günü Idar-Oberstein şəhərində başlayıb. İlkin məlumatlara görə, bir nəfər ölüb, bir nəfər ağır vəziyyətdədir və daha 20 nəfər xəsarət alıb. Yanğının səbəbi hələ müəyyən edilməyib.