Suriya-Türkiyə sərhədində terror aktı, çox sayda ölən var

16-09-2019, 01:23

Suriyanın şimalında Türkiyə ilə sərhəddə yerləşən Çobanbəy şəhərində terror aktı törədilib.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, yerli xəstəxananın binası yaxınlığında partlayıcı maddələrlə doldurulmuş avtomobil partladılıb.
Partlayış nəticəsində azı 12 nəfər həlak olub, çox sayda insan xəsarət alıb. Hazırda hadisə yerində axtarış-xilasetmə əməliyyatları aparılır.
Bildirilir ki, ölənlərin və yaralananların sayı arta bilər.
Partlayışın kimin tərəfindən törədildiyi barədə məlumat verilmir.


İstifadəçi paneli