Azərbaycan Respublikasının Baş Naziri Ə.Əsədovdan Monteneqroya başsağlığı

2-01-2025, 18:39

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov, Monteneqronun Çetinye şəhərində törədilmiş silahlı hücumla bağlı Monteneqronun Baş naziri Miloyko Spaiçə başsağlığı məktubu ünvanlayıb.

Ə.Əsədov, hadisə nəticəsində çox sayda insanın həyatını itirməsi və yaralanması xəbərini kədərlə qarşılayıb. O, həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verərək, yaralıların tezliklə sağalmasını arzu edib.



İstifadəçi paneli