Finlandiyada Partlayıcı Maddələr Zavodu Tikiləcək

31-01-2025, 22:16

Finlandiyanın Pori şəhərində partlayıcı maddələrin istehsalına yönəlmiş yeni bir zavod inşa ediləcək.


Bu barədə ölkənin müdafiə naziri Antti Hakkyanen mətbuat konfransı zamanı məlumat verib.


"Bu investisiyanın əsas məqsədi Qərb ölkələrində döyüş sursatlarının istehsalını lazımi səviyyəyə çatdırmaqdır. Müdafiə Nazirliyinin rəhbərliyi altında həyata keçirilən bu layihə Avropada artilleriya və minaatan sursatlarının istehsalının genişləndirilməsi baxımından mühüm rol oynayacaq. Eyni zamanda, bu sərmayələr Ukraynaya uzunmüddətli dəstəyin davam etdirilməsinə də töhfə verəcək", – deyə nazir vurğulayıb.


Sözügedən zavod, Polşadan sonra Avropa İttifaqında partlayıcı maddələrin istehsalı ilə məşğul olacaq ikinci müəssisə olacaq. Zavodun 2028-ci ildə istifadəyə verilməsi və trotil istehsalına başlanması planlaşdırılır.


Bundan əlavə, yanvarın 31-də Antti Hakkyanen Finlandiya Müdafiə Qüvvələrinə ölkənin aparıcı partlayıcı maddə istehsalçısı “Forcit” şirkəti ilə trotil ekvivalentində partlayıcı maddələrin alınmasına dair 10 illik niyyət sazişi imzalamaq üçün səlahiyyət verib.



İstifadəçi paneli