Azərbaycan, İspaniya və Çin hərbi sənaye sahəsində tərəfdaşlığı dərinləşdirir

18-02-2025, 22:47

Azərbaycan, İspaniya və Çin hərbi sənaye sahəsində əməkdaşlığı genişləndirir.

Bu barədə Azərbaycan Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “IDEX-2025” Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində İspaniyanın “Escribano” şirkətinin prezidenti Xavier Escribano Ruiz, “İndra” şirkətinin sədri Angel Escribano Ruiz, Çin Xalq Respublikasının “Norinco” şirkətinin prezidenti Çen Defan və İndoneziyanın “E-System Solutions FZ” şirkətinin icraçı direktoru Həbib Boukharouba ilə görüşlər keçirilib.

Görüşlər zamanı hərbi sənaye müəssisələri ilə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub, qarşılıqlı işgüzar səfərlərin təşkili barədə razılıq əldə edilib.

Bundan əlavə, Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC ilə İspaniyanın “Escribano” şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu, Çin Xalq Respublikasının “Norinco” şirkəti ilə isə əməkdaşlıq müqaviləsi imzalanıb.



İstifadəçi paneli