Oxşar xəbərlər
Rusiya qoşunları Sverdlikov yaxınlığında irəliləyərək Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinin əsas təchizat marşrutunu nəzarət altına alıblar.
Bu barədə “TASS” agentliyinə Rusiyanın təhlükəsizlik strukturlarındakı mənbələr məlumat verib.
Mənbənin bildirdiyinə görə, mühüm yol artıq nəzarətdədir: “Bu, Kursk sərhəd bölgəsində Ukrayna Silahlı Qüvvələrinin logistikasına ciddi maneələr yaratmağa imkan verir.”
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, Rusiya ordusunun döyüşçüləri artıq Kursk vilayətində Ukrayna sərhədini keçib.