Oxşar xəbərlər
Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev, Rusiya Federasiyası İctimai Palatasının və qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarət, Avropa Müsəlman Forumunun prezidenti Əbdül-Vahid Niyazovun rəhbərlik etdiyi “Rusiyanın gücü millətlərin birliyindədir” Ümumrusiya Vətənpərvərlik Forumunun (ÜVF) təşkilat komitəsinin nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan-Rusiya əlaqələrinin inkişafı, eləcə də Rusiyada fəaliyyət göstərən dini və etnik icmaların dövlətlərarası dialoqun möhkəmlənməsindəki rolu müzakirə olunub.
Bu kontekstdə iki ölkə arasında müttəfiqlik münasibətlərinin gücləndirilməsində xalq diplomatiyasının və ÜVF-nin nüfuzlu ictimai təşkilat kimi əhəmiyyəti xüsusi vurğulanıb.