Ermənistan-Azərbaycan razılaşması normallaşmaya yol açır

Dünən, 21:15

Ermənistanla Azərbaycan arasında əldə edilən razılaşmalar münasibətlərin tam normallaşmasına şərait yaradacaq.


Bu barədə NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina “X” sosial şəbəkəsində Ermənistan və Azərbaycan arasında əldə olunmuş razılaşmaları şərh edərkən bildirib.


“Bu, olduqca müsbət xəbərdir. NATO-nun regiondakı xüsusi nümayəndəsi kimi son üç ildə Cənubi Qafqazda cərəyan edən prosesləri yaxından izləyirəm. Ermənistan və Azərbaycan arasında münasibətlərin tam normallaşmasına zəmin hazırlayacaq bu mühüm uğur münasibətilə tərəfləri təbrik edirəm”, - deyə o qeyd edib.



İstifadəçi paneli