İstanbul Məhkəməsi Əkrəm İmamoğlu Barəsində Həbs Qərarı Verdi

23-03-2025, 14:16

İstanbul Cəza Məhkəməsi şəhərin bələdiyyə başçısı Əkrəm İmamoğlu barəsində həbs qətimkan tədbiri seçib və o, yaxın vaxtlarda cəzaçəkmə müəssisəsinə aparılacaq.


“Asmedia.az”ın “A haber” telekanalına istinadən verdiyi məlumata görə, məhkəmə prokurorun İmamoğlunun həbsi ilə bağlı təqdimatını qəbul edib.


Ona qarşı iki əsas ittiham irəli sürülüb: biri bələdiyyədəki korrupsiya faktları, digəri isə terror təşkilatına dəstək verməkdir. Bildirilir ki, İmamoğlu korrupsiya işi çərçivəsində həbs olunub.


Bununla yanaşı, ittiham aktında “silahlı terror qruplaşmasına kömək etmək”, “cinayətkar şəbəkə yaratmaq”, “tender nəticələrini saxtalaşdırmaq” və “rüşvət almaq” ittihamları da yer alıb.


Əkrəm İmamoğlu ilə birgə daha 18 nəfər - Əli İlbak, Adəm Tuncay, Əhməd Köksal, Əli Nuhoğlu, Əyyub Subaşı, Kamil Timur Dəlibaş, Murat Abbas, Mete Sarıaltun, Alpər Aydın, Serdal Taşkın, Sərkan Öztürk, Mustafa Nihat Sütlaş, Süleyman Atik, Əhməd Çiçək, Yusuf İlbak, Sərvət Yıldırım, Serdar Haydanlı və Buğra Gökçə barəsində də həbs qərarı çıxarılıb.



İstifadəçi paneli