Türkiyə Ukraynaya Sülhməramlıların Göndərilməsi ilə Bağlı Müzakirələrdə İştirak Edəcək

26-03-2025, 01:37

“Bəzi Avropa ölkələri, o cümlədən Fransa Ukraynaya sülhməramlı göndərmək barədə danışıb”.

Bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz “Habertürk” kanalına müsahibəsində danışıb.

O qeyd edib ki, hələlik bu məsələdə dəqiq qərar yoxdur: “Amma Fransada toplantı keçiriləcək. Həmin iclasda Türkiyəni mən təmsil edəcəyəm. Hər kəs məsələ ilə bağlı öz mövqeyini deyəcək”.

C. Yılmaz vurğulayıb ki, Türkiyə Rusiya və Ukrayna arasında balanslı siyasət yürüdən azsaylı ölkələrdən biridir:

“Biz hər iki tərəflə münasibətlərimizi qoruyur, eyni zamanda Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik. Türkiyə münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. Müharibənin ən yaxın gələcəkdə bitməsi bütün regionun və dünyanın xeyrinədir”.


İstifadəçi paneli