Oxşar xəbərlər
Rusiyanın Voloqda vilayətində yüngül mühərrikli təyyarə magistral yola məcburi eniş edib.
Asmedia.az xəbər verir ki, Publika.az-ın məlumatına görə, hava nəqliyyatının sükanı arxasında xüsusi podşipniklər istehsal edən yerli zavodun direktoru Aleksandr Qolets olub.
Hadisə şahidlərinin sözlərinə əsasən, Qolets yol polisi əməkdaşlarına texniki nasazlıq səbəbindən məcburi eniş etməli olduğunu izah edib və uçuş üçün bütün müvafiq icazələrin qaydasında olduğunu vurğulayıb.
Polis əməkdaşları təyyarənin yolun hərəkət hissəsindən təhlükəsiz bir yerə daşınmasına kömək ediblər.
Hadisənin səbəbləri araşdırılana qədər bu hava gəmisinin növbəti uçuşları müvəqqəti olaraq qadağan edilib.