Azərbaycanda vəkil institutunun olmadığı hər kəsə məlumdur və heç kəs iddia edə bilməz ki, cinayət işləri üzrə filan vəkil müvəkkilinin günahsız olduğunu sübut edib, onu rüşvət vermədən cəza orqanının əlindən xilas edib?! Bu gün heç bir savadlı şəxs vəkilə inanmır və düşdüyü-salındığı problemlə bağlı labüdlüyünü qəbul edir.
Lakin ölkəmizdə bir neçə işgörən vəkil adı çəkilir ki, onlardan birincisi Kamandar Nəsibovdur. Kamandar Nəsibov təkcə vəzifəli şəxslərin deyil, eyni zamanda geniş sərvətlərə, var-dövlətə malik olan şəxslərin də vəkili olmuşdur ki, onlardan Lotu Quli (Nadir Səlifov), Kəbirə Məmmədova, Akif Çovdar və s. yanaşı, hazırda milyarder iş adamı kimi məşhur olan Bahadır və İkram Qasımov qardaşlarının vəkili kimi "çalışır".
Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində prosesi davam etdirilən Bahadır Qasımov və onun 7 nəfərdən ibarət ortaqları barədə geniş materiallar növbəti yazılarımızda.