NATO Baş katibi: Çin, Hindistan və Braziliya Moskvaya təzyiq göstərməlidir
Asmedia.az Azərtac-a istinadla xəbər verir ki, NATO-nun Baş katibi Mark Rutte Çin, Hindistan və Braziliyanı Rusiyaya qarşı daha sərt mövqe nümayiş etdirməyə səsləyib.
O, xəbərdarlıq edib ki, əgər adıçəkilən dövlətlər Rusiya ilə iqtisadi əməkdaşlığı davam etdirsələr, ikinci dərəcəli sanksiyaların ciddi nəticələri ilə qarşılaşa bilərlər.
“Ona görə də, zəhmət olmasa, Vladimir Putinə zəng edin və ona deyin ki, o, ciddi şəkildə sülh danışıqlarına başlamalıdır. Əks halda bunun Braziliya, Hindistan və Çin üçün ağır nəticələri olacaq”, – deyə Rutte vurğulayıb.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, “50 gün ərzində Ukrayna ilə sülh sazişi əldə olunmasa, Rusiya məhsullarını alan ölkələrə qarşı 100 faizlik ikinci dərəcəli gömrük rüsumlarının tətbiq olunacağını” planlaşdırır.