Əliyev: “Bağlantı layihələrinin təşviqi üçün sabitlik əsas şərtdir”
Asmedia.az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bu barədə III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə keçirdiyi görüşdə danışıb.
Dövlət başçısı bildirib ki, “xüsusilə də Qarabağ münaqişəsi başa çatandan sonra sabitlik və təhlükəsizlik, inkişaf üçün perspektivlər daha aydın və genişdir. Yəni, bağlantı layihələrinin təşviqi baxımından bu, mühüm amildir”.
Prezident əlavə edib ki, tranzit ölkə statusunu əldə etmək üçün təkcə qonşularla deyil, onların da qonşuları ilə sağlam münasibətlərə malik olmaq vacibdir:
“Biz burada qonşularımızla deyil, qonşularımızın qonşuları ilə də yaxşı münasibətlərə malik olmalıyıq. Bu sahədə də aktiv diplomatik fəaliyyət aparılır və bizim etibarlı tərəfdaş imicimiz var. Son 10 il ərzində biz etimad qurmağa çalışmışıq. Biz nümayiş etdirməyə çalışmışıq ki, ölkəmiz etibarlı tərəfdaşdır və sözümüzün imzamız qədər dəyəri var. Bu günə qədər də bu, məhz belə olmuşdur” – deyə İlham Əliyev qeyd edib.