Trampa İranla müharibə etməyə qadağa qoyula bilər - Qətnamə hazırlandı!

4-01-2020, 08:38

ABŞ-da Demokrat Partiyasından olan senator Tim Keyn ölkə prezidenti Donald Trampla bağlı qətnamə təqdim edib. Belə ki, sənəd qəbul ediləcəyi təqdirdə, ABŞ liderinə Konqressin razılığı olmadan İranla müharibəyə başlamaq qadağan ediləcək.
Asmedia.az Oxu.az-a istinadən bildirir  ki, bu barədə “The Hill” xəbər verib.
“Bir neçə il ərzində mən narahat idim ki, Prezident İranla müharibəyə başlaya bilər. İndi isə nə qədər ki, Tramp bizim hərbçilər üçün daha da böyük başağrısı fikirləşməyib, Konqressin məsələyə qarışmalı olduğu həddə çatmışıq”, - deyə Keyn yazıb.
Sənəddə Trampa İrana qarşı istifadə edilə biləcək bütün qüvvələri geri çəkmək üçün 30 gün vaxt vermək təklif olunur.
Qeyd edək ki, bu qətnamə üçün səbəb Bağdadda İran İslam İnqilabı Keşikçilәr Korpusunun (SEPAH) “Əl Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı general Qasım Süleymaninin ABŞ-ın hücumu nəticəsində öldürülməsi olub.
Xatırladaq ki, cümə axşamı Pentaqon ABŞ-ın İraqda İran generalı Qasım Süleymaninin məhv edilməsi ilə bağlı əməliyyat keçirdiyini təsdiqləyib. Ölənlərin arasında ABŞ-ın dövlət katibi Mayk Pompeonun dekabrın 31-də Bağdadda Amerika səfirliyinə hücumda ittiham etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndisi də olub. İranın Ali lideri ayətullah Seyid Əli Xamenei Qasım Süleymaninin ölümü münasibətilə ölkədə 3 gün matəm elan edib və generalın qisasını alacağına dair vəd verib.


İstifadəçi paneli