Oxşar xəbərlər
ABŞ-ın hava hücumu nəticəsində öldürülən general Qasım Süleymaninin qızı Zeynəb atasının dəfn mərasimində Vaşinqtonu və onun tərəfdaşı İsraili “qara günlər” gözlədiyini deyib.
Asmedia.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“Ağılsız Tramp, düşünmə ki, atamın ölümü ilə hər şey bitib”, - Zeynəb Süleymani deyib.
Qeyd edək ki, Süleymaninin cənazəsi bu gün Tehrana gətirilib. General sabah torpağa tapşırılacaq.
Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı Qüds Qüvvələrinin komandanı general Qasim Süleymani və onun yaxın silahdaşları öldürülüb.