Oxşar xəbərlər
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” Qüvvələrinin komandanı olmuş general Qasım Süleymaninin dəfn mərasimi təxirə salınıb.
Asmedia.az xəbər verir ki, bu barədə dəfn mərasiminin təşkilat komitəsi məlumat yayıb. Bildirilir ki, mərasimin təxirə salınmasına səbəb yaşanan izdihamla bağlıdır. Belə ki, bu gün Kirman şəhərində izdiham nəticəsində artıq 35 nəfər ölüb, 190 nəfər yaralanıb.
Dəfn mərasiminin vaxtı açıqlanmayıb.
Xatırladaq ki, yanvarın 3-də Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun “Qüds” Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani və İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndisi öldürülüb.