İran Prezidenti: "Süleymaninin qisası alınacaq"

3-01-2020, 21:03

İran Prezidenti Həsən Ruhani general Qasım Süleymaninin öldürülməsinə münasibət bildirib.
Asmedia.az-ın Türkiyənin “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, İran Prezidenti bildirib ki, Süleymaninin qisası alınacaq.
“Bu qorxaq hərəkət Amerikanın bölgədə çarəsizliyinin işarəsidir. Şübhəsiz ki, İran və regionda azadlıq axtarışında olan millətlər ABŞ-ın həyata keçirtdiyi bu qorxunc cinayətin intiqamını alacaq”, - deyə H. Ruhani vurğulayıb.
Qeyd edək ki, cümə günü Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani və İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndisi öldürülüb.


İstifadəçi paneli