Oxşar xəbərlər
ABŞ Dövlət Departamenti vətəndaşlarına İraqı dərhal tərk etmələri ilə bağlı çağırış edib.
Asmedia.az-ın “Anadolu” agentliyinə istinadən məlumatına görə, İraqda və regionda gərginliyin artması ilə bağlı ABŞ vətəndaşlarınamüraciət edilib.
Qeyd edək ki, cümə günü Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani və İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndisi öldürülüb.