Oxşar xəbərlər
İranda vurulan təyyarəyə Beynəlxalq ekspertlər rəy verəcək:
“Beynəlxalq ekspertlər qrupu yanvarın 20-də İranda vurulan Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarəsinin uçuş qeydlərini deşifrə etməyə başlayacaq”.
Asmedia.az xəbər verir ki, bu barədə İrandan qayıtdıqdan sonra Kiyev Elmi-tədqiqat İnstitutunun direktoru məhkəmə eksperti Aleksandr Ruvin deyib.
"Vurulmuş “Boeing”in qara qutusunun deşifrə edilməsi Ukraynada aparılacaq. Yanvarın 15-də İran Aviasiya Bürosunun rəhbəri və bütün mütəxəssislər buraya gələcək”, - deyə A.Ruvin vurğulayıb.
A.Ruvin əlavə edib ki, DNT analizi üçün fəlakət qurbanlarının müəyyənləşdirilməsi davam edir: “İran prezidenti meyitlərin bütün qalıqlarının yanvarın 19-dək təhvil veriləcəyini bildirib”.