Çində koronavirusdan ölənlərin sayı artıb...

28-01-2020, 08:05

Bu barədə“France-Presse” agentliyinin məlumatına görə, son sutkalarda Hubey vilayətində daha 24 nəfər ölümcül virusun qurbanına çevrilib. Həmin müddətdə daha 1291 yeni yoluxma halı qeydə alınıb.
Ən çox yoluxma və ölüm faktı Hubey əyalətində (2714 və 47) və onun inzibati şəhər mərkəzi olan Uhanda (1590 və 42) müşahidə edilib. Paytaxt Pekində 80 yoluxma halı, Rusiya ilə sərhəd Heyluntszyan vilayətində isə 21 yoluxma faktı qeydə alınıb.
Çində yeni növ koronavirusun törədicisi olan pnevmoniyaya yoluxanların sayı 2889 nəfərə çatıb.
Asmedia.az xəbər verir ki, bu barədə Çin bölgələrindən gələn rəsmi məlumatlar əsasında “Wangyi” informasiya portalı məlumat yayıb.
Hazırda xəstəlikdən ölənlərin sayı 82 nəfərdir. Bundan əvvəl rəsmilər 2857 yoluxma hadisəsinin olduğunu bildirirdi.
İnzibati-ərazi vahidləri arasında aşkar olunan xəstəliklərin sayına görə hələ də birinci yeri Hubey tutur (1423 yoluxma). Bunun ardınca Quandun (151 yoluxma), Çjetzyan (128 yoluxma) və Henan (128 yoluxma) gəlir. Pekində isə 80 nəfərin yoluxduğu müəyyən edilib.


İstifadəçi paneli