Oxşar xəbərlər
Türkiyə Suriyanın İdlib ilə həmsərhəd bir əyalətinə hərbi avadanlıqlar köçürməyə başlayıb.
Asmedia.az xəbər verir ki, bu haqda Türkiyənin Anadolu agentliyi məlumat yayıb.
Məlumata görə, yüz nəqliyyat vasitəsi, hərbi personal və avadanlıqlar Hataya çatdırılıb.
Eyni zamanda, mesajda qeyd olunur ki, köçürmənin məqsədi sərhəddə yerləşən bölmələri gücləndirməkdir.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə gün əvvəl İdlibdəki Türk postlarından qüvvələrini
geri çəkməyəcəyi təqdirdə Suriya hökumət ordusuna hərbi cavab verəilcəyini bildirib.