SON DƏQİQƏ: Türkiyə ordusuna DƏHŞƏTLİ HÜCUM - Çox sayda ölü və yaralı var (YENİLƏNDİ)
Asmedia.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi informasiya yayıb.
Məlumatda bildirilib ki, rejimin top atışları nəticəsində 5 əsgər, 1 mülki şəxs həlak olub.
Hazırda hücumun qarşılığı verilir.
Türkiyənin vitse-prezidenti Fuad Oktay və Daxili İşlər naziri Mövlud Çavuşoğlu Türkiyə Silahlı Qüvvələri tərəfindən hücumlara kəksin cavab veriləcəyini və şəhidlərin qanının yerdə qalmayacağını açıqlayıb.
Türkiyə ordusu şəhid verib.
xəbər verir ki, Suriyanın İdlib şəhərində Bəşər Əsəd rejimi ünsürlərinin top atəşləri nəticəsində 4 türk əsgəri şəhid olub, 1-i ağır olmaqla, 9-u yaralanıb.
Məlumatı Milli Müdafiə Nazirliyi yayıb.
Prezident Administrasiyasının mətbuat katibi İbrahim Kalın İdlib Memorandumunu pozan bu hücuma dərhal cavab verildiyini açıqlayıb.
Qeyd edək ki, ötən gün İdlibdə strateji önəmə sahib Marred Numan rayonunu əldən verən müxalif qüvvələr ərazini geri qaytarmaq üçün irimiqyaslı hücuma hazırlaşdığı bildirilmişdi.
İdlibdə Türkiyə ordusunun 10-a qədər hərbi müşahidə məntəqəsi var. Döyüşlər intensivləşəndən sonra Türkiyə bölgəyə çox sayda zirehli texnika göndərib.