Nərimanovda helikopter yerə çırpıldı

29-02-2020, 01:23

Rusiyanın Həştərxan əyalətinin Nərimanov rayonunda helikopter qəzaya uğrayıb.
Asmedia.az xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar İdarəsi məlumat yayıb.
İnsident nəticəsində pilot həyatını itirib.
Hadisə yerinə operativ qrup göndərilib, olayla bağlı araşdırma başladılıb.
Helikopterin "Lukoyl"a aid olduğu haqda yayılan məlumatı isə şirkət təkzib edib.


İstifadəçi paneli