Bakıda hündürmərtəbəli binada yanğın baş verib.

4-01-2020, 08:16

       Fövqəladə Hallar Nazirliyi Bakının Nərimanov rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb.

Asmedia.az  Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, yanğın barədə nazirliyin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Hadisə Bakı şəhəri, Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsi 2B ünvanında çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsindəki mənzildə qeydə alınıb.

  • Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Yanğın saat 01:07 dəqiqədə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri tərəfindən məhdudlaşdırılıb. 


İstifadəçi paneli