Bakıda binada yanğın, 10 nəfər tüstüdən zəhərləndi - Yenilənib + Video

15-11-2019, 04:44

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Xətai rayonunda Neapol küçəsi 16 ünvanında çoxmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın olması barədə məlumat daxil olub.
Asmedia.az xəbər verir ki, "Qafqazinfo"nun məlumatına görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək. 
**
Bakı şəhəri, Xətai rayonunda Neapol küçəsi 16 ünvanında çoxmərtəbəli yaşayış binasında baş verən yanğın səbəbindən sakinlər mənzillərindən təxliyyə edilib. 
"Qafqazinfo" bildirir ki, hadisə şahidlərinin sözlərinə görə, yanğın binanın liftində başlayıb və mənzillərə keçib. 
Bir neçə evin tamamilə yandığı deyilir. 
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
 


İstifadəçi paneli