Yunan hərbçilər miqrantların qayığını batırmaq istədi - VİDEO

2-03-2020, 19:55

Yunanıstan Sahil Mühafizə Xidmətinin əməkdaşları Qərbə getmək istəyən miqrantların gəmisini batırmağa cəhd edib.
Asmedia.az TRT-yə istinadən xəbər verir ki, hadisə Türkiyənin Yunanıstanla su sərhədində - Bodrum rayonunun yaxınlığında baş verib.
Hərbçilər qayığa qarşı təhlükəli manevrlər edib, atəş açıb və uzun zopa ilə onu batırmağa çalışıblar.
Qaçqınları faciədən Türkiyə Sahil Mühafizə Xidmətinin əməkdaşları qurtarıblar.


İstifadəçi paneli