İranda koronavirusdan ölənlərin sayı 145-ə çatdı

7-03-2020, 21:56

İranda koronavirusdan daha 21 nəfər ölüb.
  Bu barədə Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur açıqlama verib. Onun sözlərinə görə, ölkədə infeksiyadan ölənlərin sayı 145-ə çatıb. Nazirlik rəsmisi bildirib ki, daha 1076 nəfərdə koronavirus aşkarlanıb. Bununla da virus daşıyıcılarının sayı 5 823 nəfərə çatıb.
K.Cahanpur həmçinin 1669 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan buraxıldığını da vurğulayıb.


İstifadəçi paneli