Ermənistanda koronavirusa yoluxanların sayı 72-yə çatdı - YENİLƏNİB-2

17-03-2020, 19:58

Bu gün Ermənistanda COVİD-19 virusuna daha 8 yoluxma halı aşkarlanıb.
"Asmedia.az" "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin “Facebook” hesabında məlumat paylaşılıb.
Beləliklə, ölkədə yeni koronavirusa yoluxma hallarının sayı 72-yə çatıb.
*** 
Ermənistanda martın 17-si saat 12-yə olan məlumata əsasən daha 12 koronavirusa yoluxma faktı qeydə alınıb. 
 "Asmedia.az” “Aysor”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb. 
 Bildirilib ki, bununla da virusa yoluxanların sayı 64-ə çatdı.
*** 
Ermənistanda  koronavirusa yoluxanların sayı 52 nəfər çatıb.
“Asmedia.az” “Novosti Armenii”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın səhiyyə naziri Arsen Torosyan “Facebook” səhifəsində yazıb. 
“Daha 50 nəfərin testinin nəticəsi məlum olub. Bütövlükdə 105 test keçirilib. Onlardan 7-si müsbət nəticə verib”, - Torosyan yazıb. 
Qeyd edək ki, Ermənistanda koronavirusla bağlı fövqəladə vəziyyət rejimi elan edilib.


İstifadəçi paneli