Koronavirusa yoluxanların sayı 1 milyona çatır

2-04-2020, 15:46

Dünyada indiyədək 955 130 insanda koronavirus infeksiyası aşkarlanıb.
Son 2 gündə dünyada koronavirusa yoluxanların sayı daha 155 000 artıb.
Pandemiya qurbanlarının sayı 48 571, sağalanların sayı isə 202 943 nəfərdir.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində
yayılmağa başlayıb. Hazırda virus 203 ölkə və bölgədə qeydə alınıb.
asmedia.az/report


İstifadəçi paneli