Dünyada son sutkada koronavirusa yoluxama sayı rekord həddi keçib

9-10-2020, 08:30

Dünyada son sutka ərzində koronavirusa yoluxma sayı 338 779 artaraq, 36 002 827 olub ki, bununla da yeni rekord müəyyənləşib.
asmedia.az-ın verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) cümə axşamı yaydığı hesabatında bildirilib. 
Oktyabrın 8-nə olan məlumata görə, dünyada koronavirusdan ölənlərin ümumi sayı 1 049 810 nəfərə çatıb. 
Son sutkada ölənlərin sayı 5514 nəfər olub. 
Qeyd edək ki, ÜST-ün təqdim etdiyi statistika dövlətlər tərəfindən verilən rəsmi məlumatlar əsasında tərtib edilir.


İstifadəçi paneli