Oxşar xəbərlər
Gürcüstan prezidenti Salome Zurabişvilinin bu ilin noyabr ayında Ukraynaya planlaşdırılan səfəri Ukrayna tərəfinin xahişi ilə 2020-ci ilədək təxirə salınıb.
Asmedia.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Gürcüstan prezident administrasiyasının yaydığı bəyanatda deyilir.
“Bu ilin noyabr ayında Gürcüstan prezidenti Salome Zurabişvilinin Kiyevə səfəri planlaşdırılırdı, lakin Ukraynada inkişaf edən proseslər səbəbindən Ukrayna tərəfinin xahişi əsasında səfər 2020-ci ilədək təxirə salınıb”, - deyə məlumatda bildirilir.
Administrasiyadan o da bildirilib ki, bundan əvvəl Gürcüstan mediasının Ukrayna prezidenti Vladimir Zelenskinin Tbilisiyə səfər edəcəyi barədə yazdığı məlumatlar yanlışdır və həqiqətə uyğun deyil.