Oxşar xəbərlər
ABŞ-ın paytaxtı Vaşinqton şəhərində atışma baş verib.
ASmedia.az xəbər verir ki, bu barədə NBC kanalı məlumat yayıb.
Məlumata görə, hadisə paytaxtın şimal-qərb istiqamətində baş verib. Avtomobildə olan naməlum şəxslər ətrafdakılara atəş açmağa başlayıb. Nəticədə 3 nəfər ölüb, 3 nəfər isə yaralanıb.
Şübhəlilər hadisə yerindən uzaqlaşıblar. Polis onların tutulmasına yardım edəcək məlumatlara görə 75 min dollar mükafat vəd edib.