Oxşar xəbərlər
Livanda fələstinli qaçqınların yaşadığı Eyn əl-Hilvə qaçqın düşərgəsində müxalif qruplar arasında silahlı qarşıdurma yaşanıb.
ASmedia.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Hadisə nəticəsində 4 nəfər yaralanıb.
Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, Livanda fələstinli qaçqınların sığındığı 12 düşərgədə təxminən yarım milyon insan yaşayır. Düşərgələrin təhlükəsizliyi Fələstin qrupları tərəfindən təmin edilir.