Ukrayna Rusiyaya dənizdə qalib gələ bilər

25-09-2021, 09:14

Ukraynanın Qara dənizdə Rusiyanı məğlub etmək üçün üç bənddən ibarət planı yerinə yetirməsi lazımdır.

ASmedia.az xəbər verir ki, bunu Ukraynanın vitse-admiralı Sergey Qayduk bildirib.

O qeyd edib ki, ilk növbədə Kiyev dəniz siyasətini formalaşdıran bir qurum yaratmalıdır. İdarəetmə səviyyəsi nazirlik səviyyəsindən yüksək və xüsusi statuslu olmalıdır. Bundan sonra Ukraynanın bütün normativ-hüquqi bazanı beynəlxalq standartlara uyğunlaşdırması lazımdır.

Üçüncü bənd isə beynəlxalq tərəfdaşlardan ən son dəniz silah modellərini almaq və Ukraynada istehsalına başlamaqdır.


İstifadəçi paneli