ABŞ 27 ədəd F-35-i bu ölkəyə yerləşdirir

3-10-2021, 09:57

ABŞ Böyük Britaniyadakı Leykenhit aviabazasına 27 ədəd beşinci nəsil F-35A qırıcısını yerləşdirməyə başlayacaq.

ASmedia.az xəbər verir ki, bu barədə təyyarələrin yerləşdiriləcəyi 495-ci eskadrilyanın komandiri polkovnik-leytenant Ayan Maklaflin məlumat verib.
O, prosesin qarşıdakı aylarda başlayacağını söyləyib.

Qeyd edək ki, bu, təyyarələrin ABŞ xaricində ilk daimi bazası olacaq.


İstifadəçi paneli