"MÜSİBƏT OLURUQ BİZ, SƏHV DÜŞƏNDƏ YERİMİZ" ( şair Qabil)
Dövlət Sərhəd Xidməti Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 iyul tarixli, 740 nömrəli Fərmanı əsasında yaradılmışdır və bu qurum dövlət sərhədlərimizin mühafizəsi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi orqanıdır.
Dövlət Sərhəd Xidməti ona həvalə olunmuş vəzifələri tabeçiliyində olan hərbi hissələr və digər orqanlar vasitəsilə həyata keçirir və bu quruma baş idarələr, şöbələr həmçinin digər dövlət qurumları da daxildir. Dövlət Sərhəd Xidməti fəaliyyətini vətəndaş hüquq və azadlıqlarına riayət, qanunçuluq, humanistlik və Silahlı Qüvvələr quruculuğunun təşkilat prinsipləri əsasında həyata keçirməli olan bir dövlət qurumudur. Bütün bunlara baxmayaraq, 27 mart 2001-ci il tarixdən 31 iyul 2002-ci il tarixədək Azərbaycan Respublikası Milli təhlükəsizlik nazirinin müavini—Sərhəd Qoşunlarının Komandanı, 31 iyul 2002-ci il tarixdən 5 iyun 2017-ci il tarixədək Dövlət Sərhəd Xidmətinin rəisi — Sərhəd Qoşunlarının Komandanı və Azərbaycan Respublikası Prezidentinin 5 iyun 2017-ci il tarixli Sərəncamı əsasında isə, Dövlət Sərhəd Xidmətinin rəisi vəzifəsinə təyin olunan general-polkovnik Elçin İsağa oğlu Quliyev, hal-hazırda rəhbərlik etdiyi bu dövlət qurumunu sanki şəxsi mülkiyyətinə çevirib. Bir neçə gün bundan öncə adı çəkilən bu şəxsin həyata keçirdiyi qanundankənar idarəçiliklə bağlı, GundemXeber.Az-ın redaksiyasına olduqca sensasiya doğura biləcək ilginc məlumatlar daxil olub. Yəni, daxil olan məlumatlarda bildirilir ki, Dövlət Sərhəd Xidmətinin rəisi vəzifəsini daşıyan Elçin Quliyev, bu gün rəhbərlik etdiyi sahədə daha çox qohumbazlığa, yerlibazlığa, dostbazlığa və s. önəm verməkdədir. Məsələn, bir neçə faktların varlığına diqqət yetirək və hər kəsi bu şəxsin həyata keçirdiyi idarəçiliklə bağlı yaxından tanış etməyə də çalışaq. Gundemxeber.Az-a çatdırılan məlumatlarda vurğulanır ki, DSX-də Anar Bağırov adlı şəxs var və o, Elçin Quliyevin yaxın qohumudur. Bu şəxs vaxtilə Naxçıvan MR-nın Daxili İşlər nazirliyi sturukturunda polis serjantı vəzifəsində çalışsa da, bir müddətdən sonra o, DSX-i rəisinin ailə sürücüsü olaraq işə götürülür. Qısa zaman kəsiyində polkovnik rütbəsi verilən Anar Bağırov, çox keçmir ki, DSX-i rəisinin sərhəd nəzarəti üzrə müavini vəzifəsinə təyin olunur və o, bu gün də daşıdığı vəzifəsini icra etməkdədir. Elçin Quliyevin DSX-də çalışan Ceyhun adlı başqa bir qohumu var ki, bu şəxs də eyni variantda işə götürülür və qısa zaman kəsiyində ona polkovnik-leytenant rütbəsi verilir. Hal-hazırda Ceyhun adlı şəxs DSX rəisinin köməkçisi vəzifəsini daşımaqdadır.
General-leytenant rütbəsi daşıyan İlham Mehdiyev də, Elçin Quliyevə bağlı olan şəxsdir və o da, DSX rəisinin “atalıq qayğısı” sayəsində belə bir rütbəyə sahiblənib və hal-hazırda rəisin ən ərköyün müavinlərindən biri hesab olunur. Düşündürücü halın varlığı isə, İlham Mehdiyevin cavabdehlik daşıdığı sahəyə heç bir aidiyyatı olmayan çoxlu sayda qohum-əqrəbalarını işə qəbul etməsidir ki, bu gün onlar həmin sahədə “at oynatmaqdadırlar”. Bundan əlavə, İlham Mehdiyev Sabrina adlı doğma övladına leytenant rütbəsi verdirmiş və onu DSX-nin Beynəlxalq Əlaqələr Baş İdarəsində mühüm vəzifəyə təyin etdirib. İlham Mehdiyevin baldızı DSX-nin maliyyə idarəsində baş mühasib, oğlanları isə zabit rütbəsini daşımaqdadırlar. General-leytenant Firuz Şirinzadə DSX-nin rəisi Elçin Quliyevin həm qohumudur, həm də ki, müavinidir. Bu şəxsin oğlu isə, Bakı şəhərindəki Heydər Əliyev adına Beynəlxalq Hava Limanının sərhəd nəzarəti xidmətində baş zabitdir. Elçin Quliyevin yaxın qohumlarından olan Elçin İbrahimov general-mayordur və bu şəxs hal-hazırda DSX-də aparat rəhbəri vəzifəsini daşıyır. İddialara görə o, DSX-nin rəisi ilə olan yaxın qohumluq münasibətlərindən sui-istifadə edir və doğma əmisi oğlu Elnur İbrahimovu sərhəd nəzarəti xidmətində bölmə rəisi vəzifəsinə təyin etdirməyi də bacarır. Hələlik mayor rütbəsi daşıyan Elnur İbrahimovun, hal-hazırda çalışdığı bölmədə “at oynatdığı” bildirilir. Rəşad Sadıqov DSX-də baş qərargah rəisi vəzifəsini daşıyır və o da, Elçin Quliyevin yaxın qohumlarındandır. Bu şəxs xalası oğlu polkovnik Ceyhun Qulamovu DSX-də şöbə rəisi vəzifəsinə təyin etdirib. Hal-hazırda Ceyhun Qulamovun rəhbərlik etdiyi şöbənin, yalnız onun qohum-əqrəbalarından ibarət olduğu bildirilir.
Elçin Quliyevin oğlu Məhəmməd adlı şəxsin DSX-nin tabeçiliyində olan hərbi hissələrdən birində “hərbi xidmət”də olduğu, hal-hazırda leytenant rütbəsi daşıdığı və adı çəkilən bu qurumun istintaq idarəsində çalışdığı da söylənilir. Yəqin ki, bu şəxs çox yaxın vaxtlarda hansısa rayonda prokuror vəzifəsini daşıyacaq. Elçin Quliyev yaxın qohumlarından olan polkovnik-leytenant Emin Quliyevi ilk əvvəl DSX-nin istintaq idarəsnə rəis müavini təyin etsə də, bir müddətdən sonra isə onu, Baş Prokurorluqda mühüm vəzifəyə işə düzədir. Bir sözlə, Elçin Quliyev bu gün geniş ictimaiyyət arasında analoqu olmayan yerlibaz, qohumbaz, dostbaz, “mafioz general” olaraq ad çıxarmış və yəqin ki, onun adı müasir Azərbaycan dövlətçiliyi tarixində “qara ləkə” olaraq hər zaman xatırlanacaq.
Mövcud qanunvericiliyin tələblərinə görə, ölkəmizin müxtəlif dövlət qurumlarında yaxın qohumların bir-birinin tabeçiliyində fəaliyyət göstərən idarələrdə, şöbələrdə və s. kimi sahələrdə çalışmaları qanunla qadağan olunsa da, bu gün DSX-də qanunun belə bir tələbinə heç bir halda əməl olunmur. Yəni, Elçin Quliyevin özü və onun yaxın qohum-əqrəbaları, həmçinin general rütbəsini daşıyan bu şəxslər, sanki dövlətimizin içində yeni bir dövlət yaradıblar. Onların çoxu Fövqəladə Hallar Nazirliyində, Dövlət Miqrasiya Xidmətində, Daxili İşlər Nazirliyində və digər dövlət qurumlarında çalışmaqla bərabər, eyni zamanda respublikamızda söz sahibi də hesab olunurlar. Fakt budur ki, hal-hazırda DSX idarəsinin rəhbərliyində olan şəxslərin 70-80 faizi, məhz Elçin Quliyevin yaxın qohum-əqrəbalarıdır və əslən Naxçıvan MR-dan olanlardır
P.S. İfadetv.com olaraq yazıd DSX-da baş verən və verməkdə davam edən kadr özbaşnalığıilə bağlı daha bir faktı oxucuların diqqətinə çatdırmaq istəyiik. Belə ki, 2004-cü ildən DSX rəisinin arxa cəbhə üzrə müavini olmuş, sonralar isə 2018-ci ilədək Dövlət Miqrasiya xidməti rəisi təyin olunmuş Firudin Nəbiyev bacısının Elçin Quliyevlə olan dostluq münasibətləri nəticəsində birbaşa ən yüksək postlara təyin edilmişdir. əslən fizuli rayonundan olan F.Nəbiyev 2004-cü ilədək Fizuli rayon ərazisində olan hərbi hissələrin önünə gələrək əlindəki əsgər çəkmələrini valideynlərə satmaqla çörəkpulu qazanırdı. İxtisasca ayaqqabı texnoloqu olan F.Nəbiyev institutu bitirdikdən sonra hərbi xidmətdə olmasa da Elçin Quliyev onu yanına dəvət etmiş və bir leytenant uniforması verərək sabahdan DSX rəisinin müavini postunda işə başlaması əmrini imzalamışdır. 1 il 6 aydan sonra F.Nəbiyevə əvvəlcə mayor, 4 ildən sonra isə general mayor rütbəsi verilmişdir. Ən maraqlısı və faciəlisi bu idi ki, əyninə geydiyi saxta leytenant forması ilə elə işə başladığı ilk günlərdən DSX-nın polkovnik rütbəsində olan bütün sərhədd hərbi hissə komandirlərinə əmrlər verməyə başlamışdır. Yəni atalar demişkən, Elçin Quliyev müavini F.Nəbiyevin timsalında "Dəvəni eşşəyin quyruğuna bağlamaq" zərb məsəlini praktiki olaraq həyata keçirmişdir. F.Nəbiyevin DSX-da topladığı sərvətlərin hesabına Miqrasiya Xidməti rəisi vəzifəsinə yüksəlişindən sonra da o iş görmək əvəzinə bolluca malk-mülk toplamaqla məşğul olmuşdur. Bu vəzifədən rüşvətxorluq ittihamıilə qovulandan bir gün sonra isə KİV-lər F.Nəbiyevin malik olduğu çoxsaylı əmlakların siyahısını dərc etmişdir. Bir sözlə, DSX rəhbəri Elçin Quliyev kadr siyasətində ən ağlagəlməz üsullara əl atmaqla öz yaxınlarını ağına bozuna baxmadan yüksək vəzifələrə irəli çəkməklə dövlətin nüfuzuna və iqtisadiyyatına ciddi zərbələr vurmuşdur. Elə rəhmətlik şair Qabili də infarkt edən belə yarıtmaz kadr siyasətləri olmuş və məşhur misrasını dilə gətirmişdir: "MÜSİBƏT OLURUQ BİZ, SƏHV DÜŞƏNDƏ YERİMİZ"
ASMEDİA.AZ